Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

Peskovun sözlərinə görə, "emosiyalara yer verilməməlidir"...

"Roskosmos" rəhbərinin müşaviri, "Kommersant" və "Vedomosti"nin keçmiş jurnalisti İvan Safronovun cinayət işinin qapalı olması cəmiyyətin sabitliyini pozan amil olmamalıdır.

İnterAz xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Biz düşünmürük ki, bu vəziyyət cəmiyyətin sabitliyini pozan faktor ola bilər", Kremlin nümayəndəsi jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, jurnalistlərin həmkarlarının taleyi ilə bağlı narahatlığını anlamaq olar, amma "dövlət sirri haqqında qanun var, gizli rejim var və buna hörmət etmək lazımdır".

Peskovun sözlərinə görə, "emosiyalara yer verilməməlidir".

Mənbə: www.interaztv.com