Türkiyənin 20 milyardlıq növbəti hədəfi

Türkiyənin 20 milyardlıq növbəti hədəfi

Türkiyə İngiltərə ilə sərbəst ticarət müqaviləsini imzalamağa çox yaxındır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Faynənşl Tayms”a açıqlamasında deyib.

Nazir bildirib ki, müqavilə şərtlərini sənaye, kənd təsərrüfatı məhsulları və xidmətlər əhatə edir:

“Məsələ ilə bağlı müzakirələri yekunlaşdırmağa yaxınıq. Sadəcə bəzi texniki məsələlər həll edilməlidir. İkitərəfli ticarətimizin həcminə baxsanız, bunun 95 faizi sənaye, 5 faizi isə kənd təsərrüfatı məhsulları və xidmətlərdir. Bu barədə razılığa gəlmişik”.

XİN rəhbəri İngiltərənin Türkiyənin strateji müttəfiqi olduğunu xatırladıb:

“Eyni zamanda, Breksitdən sonrakı dövrdə İngiltərə ilə ikitərəfli ticarəti artırmaq barədə razılaşmışıq. Bu çərçivədə 20 milyard dollarlıq hədəf müəyyənləşdirmişik”.

Mənbə: axar.az