“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...

“Azərbaycan 90-cı illərdə üstün hərbi qüvvələr şəraitində məğlub olub” – İrəvan “yalan istehsalını” dayandırmır...

Ermənistanın keçmişmüdafiə naziri, general-leytenant Vaqarşak Harutyan növbəti dəfə cəfəngaçıqlama ilə çıxış edib.

Moderator.az-a erməni mənbələrinəistinadən xəbər verir ki, 90-cı illərin hərbi əməliyyatlarına toxunan düşməngeneralı, həmin vaxt Azərbaycanın hərbi texnika, silah-sursat baxımından Ermənistandan“dəfələrlə” öndə olduğunu, lakin buna baxmayaraq, müharibədə məğlub olduğunubildirib.

Bununla bağlı qondarmastatistika da təqdim edən sabiq müdafiə naziri bildirib ki, həmin vaxt Azərbaycandatankların sayı Ermənistandan 4 dəfə çox olub. Düşmən generalı vurğulayıb ki,göstərilən dövrdə Azərbayacn zirehli maşınlara görə 6, havadan müdafiə sistemlərinəgörə 8, sursat hazırlığına görə 25 dəfə üstün olub. Həmin vaxt Azərbaycanda 60təyyarənin mövcud olduğunu bildirən erməni generalı, o zaman Ermənistanda bir ədəddə olsun hərbi təyyarənin olmadığını vurğulayıb.

Erməni generalının real həqiqətlədaban-dabana zidd olan bu statistikanı necə, hansı mənbələr əsasında əldəetdiyi məlum olmasa da, 90-cı illərdə Azərbaycanın hərbi baxımdan Ermənistandanbir neçə dəfə üstün olması ilə bağlı deyilənlərin cəfəngiyyat olduğu şübhəsizdir.Qarabağın işğalına əsrlərlə hazırlaşan, Rusiya və digər himayədarlarının köməyindənmaksimum istifadə edərək sürətlə silahlanan Ermənistanın, 90-cı illərdə əksər hərbi-texnikiparametrlər üzrə Azərbaycan ordusundan üstün vəziyyətdə olduğu kimsəyə sirrdeyil.

Görünür, Ermənistan tərəfibu cür yalanlarla işğalçı ordunun qəhrəman obrazını formalaşdırmağa, himayədarlarınınköməyi ilə əldə etdiyi hərbi uğurlara yeni çalar qazandırmağa çalışır.

Seymur ƏLİYEV

Mənbə: moderator.az