Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

Fransa prezidenti Emanuel Makron İsrail baş naziri Benyamin Netanyahunu Fələstin ərazilərini ilhaq etməməyə çağırıb...

Fransa prezidenti Emanuel Makron İsrail baş naziri Benyamin Netanyahunu Fələstin ərazilərini ilhaq etməməyə çağırıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Emanuel Makron ötən gün İsrail baş naziri Benyamin Netayahu ilə telefon təmasında deyib.

Fransa prezidenti bildirib ki, əraziləri İsrailə ilhaq etmək beynəlxalq qanunlara zidd olmaqla yanaşı sülhə və iki dövlətin təsisi prinsipinə ziyan vura bilər. Emanuel Makron bildirib ki, bu addım İsraillə fələstinlilər arasında ədalətli və daimi sülhün bərqərar edilməsini təhlükəyə atacaq.

Qeyd edək ki, İsrail dövləti son aylarda işğal edilən Fələstin ərazilərinin bir qisminin üzərində, o cümlədən sonradan salınan 131 şəhər və qəsəbə, eləcə də İordan vadisi üzərində suverenliyini elan etmək istədiyini bəyan edib.

Mənbə: www.interaztv.com