Suriya ordusu ABŞ hərbçilərinin hərəkətinin qarşısını alıb - Video

Suriya ordusu ABŞ hərbçilərinin hərəkətinin qarşısını alıb - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu növbəti dəfə bu ölkə ərazisində qaunsuz yerləşən ABŞ hərbçilərinin hərəkətinin qarşısını alıb.

Bu barədə Suriya mətbuatı məlumat verib.

Məlumata əsasən, Suriya hərbçiləri bu gün Suriyanın Hasakə vilayətinin Təl-Təmra rayonunun Mənsaf Təhtani kəndində ABŞ hərbçilərinin zirehli avtomobil karvanın hərəkətinin qarşısını alıb.

ABŞ xüsusi təyinatlılarına məxsus olan “M-ATV” zirehli avtomobilinin olduğu karvanın Suriya hərbçilərinin təzyiqi nəticəsində yolunu dəyişdiyi qeyd edilib.

Xatırladaq ki, Suriya ordusu Hasakə vilayətində mütəmadi olaraq ABŞ hərbçilərinin hərəkətinə mane olur.

Mənbə: SANA

Mənbə: eastnews.org