Şahmar İbadov vəızifədən gedir ?- İDDİA

Şahmar İbadov vəızifədən gedir ?- İDDİA

Məlumatlı mənbədən aldığımız məlumata görə Nərimanov rayon İcra Hakimiyyətində böyük gərginlik var. Bu gərginliyə səbəb isə artıq bir müddətdir mətbuatın da diqqətində olan əlillərə qarşı edilən fırıldaqçılıqda Şahmar İbadovun adının çəkilməsidir. Dəfələrlə yazılarımızda bu məsələyə toxunsaqda ( hətta bir çox materiallarda şikayətçilər bascı Abidin Fərzəliyevində adını hallandırırlar ) Nərimanov İcra hakimiyyəti yazılarımza reaksiya verməyib. Lakin artıq məsələ məhkəmə müstəvisinə çatıb Mətbuatında işıqlandırdığı məhkəmə prosesində İcra hakiminin müavini Şahmar İbadov bir başa ittiham edilib.
(Hakimin sözlərinə görə, N.Şıxəliyev ifadəsində söyləyib ki, göstərişi başqa şəxsdən alıb. O, "Şahmar müəllim mənə dedi ki, camaatı incitmə, onları yola ver, yoxsa səni işdən qovacağıq", deyib: "Niyaməddin Şıxəliyev ifadəsində söyləyib ki, bu işə onu Şahmar İbadov məcbur edib. Sənədləri də Şahmar İbadovun təziqi altında imzalayıb".)
Mənbənin dediyinə görə bu da bascı Abdin Fərzəliyevin heç də xeyrinə deyil .
Mənbə qeyd edir ki, “ Onsuzda prezident aparatına Abidin Fərzəliyev və onun müavini Şahmar İbadovun əməllərindən edilən şikayətlərin ardı arası kəsilmir. Bu məhkəmə və məhkəmədə şahidin Şahmar İbadovun üzünə durması artıq kasanın dolduğuna işarədir. Abidin Fərzəliyev müavinini qurban verməlidir.Hələ bununla canını qurtara bilsə şükür etsin."
Teref.az olaraq qeyd etmək istəyirik ki, media üzərindən apardığımız araşdırmalra görə Şahmar İbadov Nərimanov rayonunda böyük biznes şəbəkəsinə malikdir. Onun adı müxtəlif qalmaqallı hadisələrdə hallanıb. Oğlunun maşınla adam vurub öldürməsi , əlillər üçün tikilən evlərin pullarının mənimsnilməsi və ən əsası isə onun Azərbaycanda FETO şəbəkəsi ilə güclü bağlantıları olduğu qeyd edilir. Onun C. Osmanlıilə görüşü və ona pul ötürməsi barədə mediada dfələrlə yazılıb. Gülən şəbəksi ilə bağlantısını hətta Türkiyə mediası belə qeyd etmişdir:
“Qeyd edək ki, Şahmar İbadov artıq Türkiyə rəsmilərinin və xüsusi xidmət orqanlarının da diqqətinini cəlb edib. Bu yaxınlarda Türkiyə mətbuatında Şahmar İbadovdan bəhs edilib. Bu barədə məlumatı Azərbaycanda yayan Azerinfo.org saytı bu məlumatların kəşfiyyat orqanları tərəyindən Türkiyə mətbuatına ötürüldüyünü qeyd edib. Bundan başqa Azerinfo.org saytı Türkiyə mətbuatında Şahmar İbadola bağlı yayılan məlumatı da dərc edib:
“Şahmar İbadov – Bakü şehri, Nerimanov ilçe Kaymakamının birinci yardimçısı.Eski parlamento başkanı yardımçısı.Kaymakamlıkda söz sahibi biri tüm atamalar ona bağlı.İzni olmadan hiç kimse göreve alınmaz.Önceliyi kaymakamlıkda ve oraya bağlı kamu görevlerine yakınlarını ve Hizmet üyelerini göreve getirmek. İş adamı. Çocukları Gülen okulunda okumuş. Ailesi ile bir kaç defa ABD olmuş. Hizmet uyelerinin mali işlerindeki sorumluluklarda üstlenir. Nerimanov ilçesinde yakınları ve akrabaları devlet hizmetinde çalışıyor.
15 Haziran olaylarından 8 ay önce Ceyhun Osmanlı kaymakamlığı ziyaret etmiş ve Nerimanov ilçe Kaymakamının birinci yardimçısı Şahmar İbadovla odasında buluşmuş. Bundan sonra kaymakamliğa aid 10 AA 815 plakali arabası ile Şahmar İbadov şöforu ve kaymakamlikda çalışan müdür yardımçısı Togrul ve Eldaniz adlı kişilerin vasıtası ile Ceyhun Osmanlıya para vermiştir”.”
Beləliklə mənbəmizin verdiyi məlumata görə Nərimanov rayon İcra başçısı Abidin Fərzəliyev və onun müavini Şashmar İbadov üçün artıq “zəng”-lər çalınır!
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

Mənbə: teref.az