Baş Prokurorluğun idarə rəisi Pərviz Həşimlini qəbul etdi

Baş Prokurorluğun idarə rəisi Pərviz Həşimlini qəbul etdi

Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin yeni rəisi Nemət Əvəzovla görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist özü məlumat yayıb.

"Baş prokuror Kamran Əliyevə müraciətimlə əlaqədər olaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin yeni rəisi Nemət Əvəzov məni qəbul etdi. Həm "Gununsesi"nin "info" domeninə Zakir Qaralovun qoydurduğu qanunsuz məhdudiyyət, həm də bəraət tələbimlə bağlı geniş fikir mübadiləmiz oldu. Görüşdən məmnun ayrıldım" deyə Pərviz Həşimli bildirib.

 

Mənbə: qaynarinfo.az