Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO

Ermənistan prezidenti  növbəti dəfə  Azərbaycanın dövlət sərhədini pozdu..-FOTO

İşğalçı ölkə prezidenti Armen Sarkisyan növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədlərini pozaraq işğal olunmuş torpaqlarımıza gəlib.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, A.Sarkisyan Xankəndidə separatçı rejimin başçısı Araik Arutyunyanla görüşüb.

Yeni qanunsuz “prezident” “seçki”lərindən sonra Qarabağa ilk dəfə gələn Ermənistan prezidenti A.Arutyunyanı təbrik edib. Tərəflər birgə səylərlə “vətənləri”nin (Ermənistan və Qarabağ birgə nəzərdə tutulur) bütün problemlərinin həll olunacağına inamlarını ifadə ediblər.

P.S....

Sultan Laçın

 

 

Mənbə: moderator.az