Ukraynalıları Şengen sonasına daxil olmağa qoymurlar – SƏBƏBİ BİLİNMİR

Ukraynalıları Şengen sonasına daxil olmağa qoymurlar – SƏBƏBİ BİLİNMİR

2018-2019-cu illərdə Şengen zonasına girişinə qadağa qoyulan Ukrayna vətəndaşlarının sayı 53 185-dən 66 390-a çatıb.

KONKRET.az xəbər verir ki, bu, Şərq Tərəfdaşlığı və Qərb ölkələri ilə viza rejiminin liberallaşdırılması üçün tələb olunan tələblərin yerinə yetirilməsini qiymətləndirən Avropa Komissiyasının üçüncü hesabatında deyilir.

Məlumatı “Avropa həqiqətləri” nəşri yayıb.

Eyni zamanda, sənəddə qeyd olunduğu kimi, Şengen zonasında qeyri-qanuni olaraq tanınan Ukrayna vətəndaşlarının sayı 11% artıb (37.410-dan 41.705-ə).

Şengen bölgəsində Ukrayna vətəndaşları tərəfindən verilən sığınacaq müraciətlərinin sayı 5% azalıb, 2019-cu ildə 9 505, 2018-ci ildə isə 10 035 müraciət edilib.

Həmçinin sığınacaq müraciətlərinin tanınma səviyyəsi 2019-cu ildə 10,2% -ə düşüb (2018-ci ildə 17,3% ilə müqayisədə).

2020-ci ilin birinci rübündə 1570 sığınacaq müraciəti qeydə alınmışdır ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41% azdır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az