Kubadan Azərbaycana həkimlər gələcək

Kubadan Azərbaycana həkimlər gələcək

Həkimlərimiz intensiv fəaliyyət göstərir. Onlar arasında da yoluxanlar var. Belə şəraitdə dost ölkələrdən gələn həkimlərlə təcrübə mübadiləsi aparılacaq. Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən bu günə qədər keçirilən tədbirlər çox yüksək qiymətləndirilir.

"Azərbaycanda hazırda yoluxma sayı əvvəlki dövrlə müqayisədə yüksəkdir və bizdə də azalma olduqda həkimlər digər ölkələrə təcrübə müdaləsində yardımçı olacaq. Kubadan yaxın günlərdə həkimlər gələcək. Kuba tibbi sahədə, xüsusilə Ebola virusu ilə mübarizədə yüksək təcrübəyə malikdir".

H.Hacıyev bildirib ki, artıq digər ölkələrdə də yumşaldılmadan sonra yenidən karantin rejiminə keçirilir.

Azvision.az

Mənbə: azvision.az