Hikmət Hacıyev: Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

Hikmət Hacıyev: Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

Bakı. Elçin Mehdiyev – Trend:

Dünyada epidemioloji vəziyyət heç də qənaətbəxş deyil. Azərbaycan milli və regional səviyyədə olduğu kimi qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır. O qeyd edib ki, BMT tarixində cəmi 30 xüsusi sessiyası keçirilib və bu xüsusi sessiya Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.
H.Hacıyev qeyd edib ki, Azərbaycanın epidemiya ilə mübarizə istiqamətində gördüyü tədbirlər xaricdən olan həmkarlarımız təfəindən yüksək qiymətləndirilir.

H.Hacıyev bildirib ki, Kubadan Azərbaycan həkim heyətinin gəlməsi nəzərdə tutulur. O qeyd edib ki, Kubanın epidemiyaya qarşı zəngin təcrübəsi var, ebola virusu ilə mübarizədə Kubanın təcrübəsi dünyaya yüksək qiymətləndirilir.

Mənbə: az.trend.az