Səfirliklərimizdə də yoluxma halları olub

Səfirliklərimizdə də yoluxma halları olub

Əfqanıstanda Azərbaycanın şəxsi heyəti arasında bir nəfərdə virusa yoluxma halı baş verib və nəzarətə götürülüb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Digər diplomatik nümayəndəliklərimiz, səfirliklərimizdə də yoluxma halları baş verib . Xüsusilə Macarıstan diplomatik mərkəzimizdə yoluxma qeydə alınıb".

O qeyd edib ki, cəzaçəkmə müəssisələrində yoluxma halları artıb: "Burada cəzaçəkənlərlə yanaşı Pentensiar xidmət əməkdaşları arasında da yoluxma halları qeydə alınıb.

Vətəndaşlarımızın bütün müraciətlərləri nəzərə alınır və dövlət tərəfindən müvafiq tədbirlər görülür"

Mənbə: axar.az