Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edildi

Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsi barədə qərar qəbul edildi

Türkiyə məhkəməsi iyunun 10-da Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə qərar qəbul edib.

EDNews.net xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. Məhkəmə hökumətin bu qərarını ləğv edib.

Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi bu qərarın ləğv olunması üçün 2005-ci ildə məhkəməyə şikayət etmişdi.

EDNews.net

Mənbə: ednews.net