İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə...

İrəvan yenidən Rusiyanı müttəfiq elan etdi, ABŞ isə...

Ermənistan Rusiya ilə hərbi tərəfdaşlığını yeni milli təhlükəsizlik strategiyası çərçivəsində davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ermənistan hökumətinin saytında yer alıb.

“Ermənistan Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki tərəfdaşlığı müdafiə və təhlükəsizlik sferasında həm ikitərəfli, həm də çox tərəfli formatlarda, o cümlədən kollektiv müdafiə potensialını genişləndirmək və müttəfiqlik münasibətlərini davamlı gücləndirmək istiqamətində inkişaf etdirməyə davam edəcək”, – deyə sənəddə yer alıb.

Sənəddə həmçinin İrəvanın KTMT çərçivəsindəki birgə təşəbbüslərdə aktiv iştirak etdiyi bildirilib. Bununla bərabər İrəvanın təşkilatın effektivliyinin artırılması üçün fəaliyyətini davam etdirəcəyi vurğulanıb.

Yeni sənəddə Ermənistanın ABŞ-la dostluq tərəfdaşlığını inkişaf etdirməyə və strateji dialoqu dərinləşdirməyə davam etdirmək niyyətində olduğu qeyd edilib.

Mənbə: axar.az