Bu ölkələrdəki azərbaycanlılar Bakıya gətiriləcək - SİYAHI

Bu ölkələrdəki azərbaycanlılar Bakıya gətiriləcək - SİYAHI

Digər dövlətlərlə Azərbaycan arasında təcrübə mübadiləsi davam etdirilir.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Tərəfdar dövlətlər də karantin rejiminin yumşaldılmasına getsə də, onlarda da yoluxma artdı. Bu ölkələr də ölkəmizdə olduğu kimi təkrar qapanma rejiminə getdilər".

O bildirib ki, xaricdə olan vətəndaşlarımızın ölkəmizə təxliyəsi davam edir: "İstanbul-Bakı istiqaməti üzrə 4 hava uçuşları baş tutur. Eyni zamanda Avropa istiqamətində uşular baş tutacaq ki, Bakı-London-Bakı uçuşları olacaq. Həmçinin Bakı-Berlin-Bakı arasında da uçuşlar təşkil olunacaq. Bununla yanaşı bu həftə 250 vətəndaşımız Rusiyadan ölkəmizə gətirilib. Həmçinin qarşıdakı həftədə də bu iş davam etdiriləcək. Eyni zamanda İrandan, Gürcüstandan, Ər-riyaddan da vətədaşlarımızın gətirilməsi nəzərdə tutulur. Bunun üçün vətəndaşlarımızın testdən keçməsi və ölkə daxilində 2 həftəlik karantin qaydalarına əməl etmələri tələb olunur".

Hikmət Hacıyev qeyd edib ki, Budapeşt, Daşkənd, Yekaterinburq, Qətərdən də çox saylı müraciətlər səbəbilə vətəndaşlarımızın gətirilməsi nəzərdə tutulur: "Xüsusilə dərs ili başa çatdığı üçün tələblərin gəlişinin təşkili ilə bağlı Bakı-İstanbul reysində müəyyən qiymət güzəştləri nəzərdə tutulur. Vətəndaşlardan maksimum dərəcədə xarici səfərlərdə çəkinmələrjni xahiş edirik".

Mənbə: publika.az