TƏBİB rəsmisi: Testlərin kütləvi aparılması tövsiyə olunmur

TƏBİB rəsmisi: Testlərin kütləvi aparılması tövsiyə olunmur

Koronavirus pandemiyası başlayandan bu günə qədər mediya mənsubları ön cəbhədədirlər.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib: "Onlar daima hərəkətdə, insanlarla təmasdadırlar. ÜST tərəfindən verilən tövsiyələrdən ən vacibi kommunikasiya strategiyasıdır. Jurnalist həmkarlarımıza özlərini qorumalarını tövsiyə edirik. Brifinqlərin onlayn rejimdə keçirilməsi məsələsi müzakirə mövzusudur. Bu barədə əlavə qərarlar ola bilər".

Yaqut Qarayeva əlavə edib ki, test analizlərinin aparılması simptomları olanlar üzərinə aparılması doğrudur: "Bu testlər burun və udlaqdan aparılır. Nəticələr hər gün dəyişə bilər. Buna görə də testlərin kütləvi aparılması tövsiyə olunmur. Çünki insanlarda yanlış rahatlığa gətirə bilər. Buna görə də insanlara maska, sosial məsafə və əl gigiyenasına riayət etçələrini tövsiyə edirik"

Mənbə: publika.az