“Çalışırıq ki, nöqsanları aradan qaldıraq”

“Çalışırıq ki, nöqsanları aradan qaldıraq”

“Pandemiya dövründə müəyyən narazılıqların olması aydındır. Maksimum çalışırıq ki, ən kiçik nöqsanlar aradan qaldırılsın”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hər bir dövlətin müəyyən təcrübəsi var: “Heç də bütün ölkələri eyniləşdirmək olmaz. Əhalinin sayı, urbanizasiya fərqlidir. Azərbaycan əhalinin sıxlığını görə aparıcı olan dövlətlərdəndir”.

Mənbə: qafqazinfo.az