“1994-cü ilə qədər Azərbaycan düşmən qarşısında yalnız bir sahədə üstünlüyə malik olub, o da...”

“1994-cü ilə qədər Azərbaycan düşmən qarşısında yalnız bir sahədə üstünlüyə malik olub, o da...”

Azad İsazadə: “Hərbi aviasiya xaricində müharibə dönəmində ölkəmizin düşmən qarşısında texnika üstünlüyü olmayıb”

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant VaqarşakHarutyan Qarabağ müharibəsi ilə cəfəng iddia ilə çıxış edib. Düşməngeneralı qeyd edib ki, guya Azərbaycan 90-cı illərdə Ermənistana üstün hərbitexnika fonunda məğlub olub.

Moderator.az-a açıqlamaverən hərbi ekspert Azad İsazadə bu iddianın tamamilə əsassız olduğunuvurğulayıb:

"1992-ci ildən etibarən CənuviQafqazdakı sovet ordusuna məxsus texnikaların respublikalara paylanılmasıprosesi baş verdi. Azərbaycanda bu texnikalar daha çox idi və biz bu texnikalarınRusiyadan qəbuluna daha tez başladıq. Biz yalnız 1992-ci ilin yayında texnikabaxımından müyyən üstnülük əldə etməyə başladı. Halbuki, 1992-ci ilin mayına qədərErmənistan ordusu texnika baxımından daha üstün durumda idi. Söhbət sadəcətexnikadan yox, həm də müəyyən silah-sursatdan gedir. Lakin bu prosesin ardıncaErmənistan da ona düşən texnikaları almağa başaldı və nəticədə yenə də hərbi texnikabaxımından balans yarandı.

1994-cü ilə qədər, yəniatəşkəsin imzalanmasına qədər Azərbaycanın texnika baxımından Ermənistanqarısında üstünlüyü olmayıb. Üstünlüyümüz yalnız hərbi aviasiya sahəsində, təyyarəvə helekopterlərin sayında olub. Bunun da səbəbi o idi ki, Azərbaycanda hərbiaviasiya sovet dönəmndən olub. Ermənistanda isə bu sahə sonradan yaradıldı.Bunun xaricində Azərbaycan texnika baxımından Ermənistan qarşısında üstünlüyəmalik olmayıb”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az