Hökumətlə vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü təşkil edilsin - TƏKLİF

Hökumətlə vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşü təşkil edilsin - TƏKLİF

“Siyasi partiyalarla Prezident Administrasiyası rəsmisinin görüşlərinin sonunda nələrin baş verəcəyi barədə nəsə deyə bilmərəm. Amma bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq sivil toplumla rəsmi şəxslər arasında təcili müzakirələrin başlamasına böyük ehtiyac olduğunu görürəm”.

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.

R.Ağayev qeyd edib ki, 90-cı illərin başlanğıcından son 7-8 il əvvələdək bir çox sahələrdə vətəndaş cəmiyyətinin fəallığına və keyfiyyətli fəaliyyətinə görə region ölkələri içərisində öndə olan Azərbaycan bu gün bütün istiqamətlərdə autsayderdir: “Görüş və müzakirələrin bir mövzusu olmalıdır: Vətəndaş cəmiyyətinin şəffaf və azad fəaliyyəti üçün bütün maneələr aradan qaldırılmalı, Gürcüstan və Ermənistanda olduğu kimi bütün nüfuzlu beynəlxalq təşkilatların ölkənin inkişafı üçün layihələr həyata keçirməsinə, yeni nəsil nüfuzlu və peşəkar ictimai rəy liderlərinin yetişdirlməsinə onların hər cür leqal töhfə verməsinə şərait yaradılmalıdır. Cənubi Qafqaz üçün nəzərdə tutulan bütün inkişaf layihələri digər 2 ölkəyə gedir. Çəkinmədən deyirəm ki, şəxsən mənim (eləcə də şəxsən tanıdığım xeyli insanımızın) mütəxəssis kimi yetişməyimdə Azərbaycanın inkişafına və demokratikləşməsinə dəstək verən ən müxtəlif beynəlxalq təşkilatlaırn və ekspertlərin töhfəsi universitet təhsilimdən daha çox olub...”

Mənbə: pravda.az