“Münaqişənin həllində irəliləyiş ola bilər” – Baş nazirdən kritik açıqlama

“Münaqişənin həllində irəliləyiş ola bilər” – Baş nazirdən kritik açıqlama

İsrailin Baş naziri Binyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makrona zəng edib.

Teleqraf.com xəbər verir ki, Netanyahu telefon danışığında ABŞ Prezidenti Donald Trampın “Sülh planı”nda real irəliləyişə səbəb ola biləcək yeni fikirlərin olduğunu qeyd edib.

Baş nazir İsrailin beynəlxalq hüquq normaları əsasında hərəkət etdiyini söyləyib:

“Prezident Trampın planında real irəliləyiş əldə edə biləcəyimiz yeni fikirlər var və İsrail bu plan əsasında sülh danışıqlarını aparmağa hazırdır. Fələstinlilərin həm bu, həm də əvvəlki sülh planlarını müzakirə etməkdən imtina etməsi prosesə mane olur”.

Mənbə: teleqraf.com