Vilayət Eyvazov generalı vəzifədən azad etdi - FOTO

Vilayət Eyvazov generalı vəzifədən azad etdi - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazovun əmr imzalayıb.

Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Mənbə: www.unikal.org