Tokioda artıq ikinci gündür COVID-19-a rekord yoluxma halları qeydə alınır

Tokioda artıq ikinci gündür COVID-19-a rekord yoluxma halları qeydə alınır

Tokio cümə günü COVID-19-a 243 yeni yoluxma halını təsdiqləyib. Bu artıq ikinci gündür ki, paytaxtda rekord yoluxma halları qeydə alınır. Cümə axşamı şəhərdə 224 insan koronavirusa yoluxmuşdu.

Tokionun qubernatoru Yuriko Koike bildirb ki, artıma qismən şəhərdə daha çox koronavirus nuklein turşusu teslərinin keçiriləmsi və xüsusən də test cavabları müsbət çıxmış şəxslərin yaxın təmasları səbəb olub.

Koike koronavirusa yoluxan amma simptomları olmayan şəxslərin müəyyən edilməsi üçün testlərin artırılmasının vacib olduğunu söyləyib.

Tokionun virusla mübarizə işçi qrupunun mütəxəssisləri son yoluxma hallarının əksəriyyətinin gecə klubları ilə əlaqəli olduğunu, ancaq bununla bərabər virusa yoluxmaların ailə fərdləri arasında, iş yerlərində və şənliklərdə də baş verdiyini və bunun virusun daha geniş icma arasında yayılması ilə bağlı narahatlıq doğurduğunu bildirib.

Qubernator özünü xəstə hiss edən hər kəsi tibbi yardım almağa çağırıb.

Tokyoda artan yoluxma hallarından sonra Koike həmçinin elan edib ki, COVID-19 səbəbi ilə gecə klubları və COVID-19 səbəbilə bağlanmağa məcbur olan müəssiələrə əlavə subsidiyalar veriləcək.

Pandemiya başlayan gündən bəri Tokioda 7500-dən çox yoluxma halı qeydə alınıb.

Mənbə: www.amerikaninsesi.org