Serbiya prezidenti: “İğtişaşlarda iştirak edənlərin böyük hissəsi cəzalandırılacaq”

Serbiya prezidenti: “İğtişaşlarda iştirak edənlərin böyük hissəsi cəzalandırılacaq”

Serbiyadakı “iğtişaşlarda iştirak edən xuliqanlar məğlubiyyətə düçar olacaqlar”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri həmin ölkənin prezidenti Aleksandr Vuçiç deyib.

Dövlət başçısı iğtişaşlarda iştirak edənlərin böyük hissəsinin həbs olunacağını və qanunsuz əməllərinə görə cavab verəcəyini qeyd edib.

Qeyd edək ki, Belqradda karantin tədbirlərinin yenidən tətbiqi ilə bağlı kütləvi iğtişaşlar baş vermişdi.

Mənbə: www.oxu.az