Ayasofyadan 1934-cü ildən bəri ilk dəfə azan səslənib

Ayasofyadan 1934-cü ildən bəri ilk dəfə azan səslənib

...azan oxunarkən Ayasofyanın qarşısına çox sayda inanclı insan və jurnalist toplaşıb

1934-cü ildən bəri ilk dəfə İstanbuldakı Ayasofyada azan səslənib.

İnterAz Ria Novosti-yə istinadla xəbər verir ki, azan oxunarkən Ayasofyanın qarşısına çox sayda inanclı insan və jurnalist toplaşıb.

Türkiyə Dövlət Şurası, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabinetinin Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərarını ləğv edib.

Daha sonra Türkiyə prezidenti Tayyib Ərdoğan məbədin məscidə çevrilməsi barədə fərman imzalayıb.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, ölkəsi digər dövlətlərin də fikirlərini nəzərə almadan, muzeyi məscidə çevirərək statusunun dəyişdirmək hüququna sahibdir.

YUNESKO Türkiyəni muzeyin statusunu dəyişdirməməyə çağırmışdı.

Mənbə: www.interaztv.com