"Bir təcavüzçünü nazir kimi qəbul etmirik" - paytaxtda etirazlar davam edir - FOTO

"Bir təcavüzçünü nazir kimi qəbul etmirik" - paytaxtda etirazlar davam edir - FOTO

Fransada yeni Daxili İşlər və ədliyyə nazirliklərinə qarşı etirazlar səngiməl bilmir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Fransada yeni Baş Nazir Jan Kasteksin təyin etdiyi Daxili İşlər naziri Gerald Darmanin və ədliyyə naziri Erik Dupond-Moretti qadınlar tərəfindən etirazla qarşılanıb. Parisdə baş verən etiraz zamanı hər iki nazirin istefası tələb edilib.

Qeyd edək ki, yeni Daxili İşlər nazirinin məhkəmədə davam edən təcavüz iddialarına görə etirazçılar "Təcavüzçü nazir istəmirik", və "Darmanin istefa" şüarları səsləndiriblər.

Mənbə: www.unikal.org