ABŞ epidemiyanı dayandıra bilmir - Növbəti antirekord

ABŞ epidemiyanı dayandıra bilmir - Növbəti antirekord

Sutka ərzində ABŞ-da 67 min 149 Kovid-19 virusuna yoluxma halı təsdiq olunub.

Avropa.info xəbər verir ki, bu epidemiya başlayandan qeydə alınan rekord rəqəmdir. Əvvəlki antirekord 8 iyulda qeydə alınmışdı. Ayın 8-i 61 min 848 yoluxma halı təsdiqlənmişdi.

Qeyd edək ki, ABŞ Kovid-19 hallarına görə dünyada liderlik edir. 3,24 milyon nəfər virusa yoluxub, 963 min nəfər sağalıb, 136 min nəfər vəfat edib.

Mənbə: avropa.info