Ali Məhkəmənin sədrinin ailəsinə AĞIR İTKİ - FOTO

Ali Məhkəmənin sədrinin ailəsinə AĞIR İTKİ - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyevə ağır itki üz verib.

Publika.az xəbər verir ki, Q.Əliyevin atası Vəli Əliyev vəfat edib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Qasım Əliyev 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. O, daha əvvəl Şərur rayon Prokurorluğunda çalışıb, həmçinin Sədərək Rayon Məhkəməsinin hakimi, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrini tutub.

Mənbə: publika.az