Aya Sofiyanın muzey statusu ləğv olundu və deputatlar ayaqda alqışladı - Video

Aya Sofiyanın muzey statusu ləğv olundu və deputatlar ayaqda alqışladı - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Ali Məhkəməsi Aya Sofiyanın barəsində 1934-cü ildə verilən qərarı ləğv edib.

Bu barədə verilən rəsmi açıqlamada vurğulanır.

Bildirilir ki, 1934-cü ilin noyabr ayının 24-ü tarixində Nazirlər Kabineti Aya Sofiyanın dini ibadət mərkəzi statusunu ləğv edərək muzey olmasına qərar verib.

Yeni qərarla Aya Sofiya yenidən dini mərkəz statusunu geri qazanıb.

Qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da imzalayaraq təsdiqləyib.

Belə ki, Aya Sofiya yeni qərar ilə Türkiyə Diyanət İşləri Nazirliyinin tərkibinə verilib və oraya rəsmi din xadimlərinin təyin olunacağı da diqqətə çatdırılıb.

Türkiyə Parlamentində qərarın oxunması zamanı millət vəkilləri ayağa qalxaraq alqışlayıblar və baş verənləri tarixi an olaraq xarakterizə ediblər.

Mənbə: Sputniknews

Mənbə: eastnews.org