Baş diplomatın səriştəsiz siyasəti

Baş diplomatın səriştəsiz siyasəti

Elmar Məmmədyarovun yarıtmaz fəaliyyəti Azərbaycanın ziyanına işləyir

Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı rolunda Xarici İşlər Nazirliyi (XİN) çıxış edir. XİN öz fəaliyyətini Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsilə həyata keçirir. Nazirlik öz fəaliyyətində ölkə Konstitusiyasını, milli qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını əldə rəhbər tutmalıdır. Lakin etiraf edilməlidir ki, realıq tamamilə başqa mətləbləri ortaya qoyur. Azərbaycanın Xarici İşlər Nazirliyi nəinki öz funksiyasını icra etməkdə israrlı görünmür, hətta ölkə başçısının müəyyən etdiyi strategiyanı icra etməkdə səriştəsizlik nümayiş etdirir. Əslində isə Azərbaycan prezidentinin bəyan etdiyi "diplomatik hücum" taktikası Xarici İşlər Nazirliyi və ölkənin baş diplomatı üçün fəaliyyət istiqaməti olmalıdır. Məlum məsələdir ki, ölkənin xarici siyasət sahəsində naliyyətin əldə olunmasında qurumun başında duran şəxsin diplomatik savadı, beynəlxalq münasibətlər sistemindən anlaqlı olması, ən əsası isə vətənpərvər olması mühüm şərtdir. Lakin konkret olaraq ölkənin xarici işlər naziri Elmar Məmmədyarovun öz doğma ana dilini bilməsə də bir neçə xarici dilə yiyələnməsi, el dili ilə desək, dünyanın gərdişindən baş çıxarması heç də Azərbaycanın ümümmilli problemlərinin həllində hansısa rol oynaya bilməyib. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində E. Məmmədyarov xarici işlər naziri kimi heç bir uğura imza atmayıb. Erməni həmkarından fərqli olaraq Elmar müəllimin rəhbərlik etdiyi xarisi siyasət idarəsinin fəaliyyəti yalnız Ermənistan tərərindən verilən bəyənatlara, səsləndirilən fikirlərə münasibət bildirməkdən ibarət olub. Şablon formada hazırlanan şərhlərdə isə "məsuliyyət Ermənistan dövlətinin üzərində qalır" sonluğu heç bir diplomatk notaya, etiraz bəyənatına sığmır. Əslində isə Azərbaycan tərəfinin bəyənatları işğala məruz qalan ölkənin mövqeyi olaraq daha sərt və etiraz formasında olmalıdır. Halbuki Ermənistanın indiyə qədər ölkəmizə qarşı törətdiyi dəhşətli cinayətlər, hazırda həyata keçirilən qanunsuz məskunlaşdırma siyasəti, Azərbaycanın işğal olunmuş Dağıq Qarabağ ərazisində narkotik plantasiyaların salınması kimi beynəlxalq hüquqazidd əməllər barədə tədbir görülməsi üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmaq olardı. Elmar müəllimin beynəlxalq tədbirlərdəki çıxışları isə sadəcə məlumat xarakteri daşıyır, sonda isə bir cümlə ilə sadalanan bütün faktlar malalanır. Guya baş siyasətçi diplomatik gediş edir. Reallıqda isə Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda, Elmar Məmmədyarov ehtiyatlı və qorxaq açıqlamalar verməklə işini bitmiş hesab edir. Həmçinin, E. Məmmədyarov tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinə hansısa bir ciddi etiraz etməsinin, onların mövqeyinə sərt reaksiya verməsinin də şahidi olmadıq. Bu isə onu göstərir ki, E. Məmmədyarovun fəaliyyəti dövlət başçısının işğalçı Ermənistana qarşı apardığı "hücum diplomatiyası"na adekvat deyil. O ki qaldı vətənpərvərlik məsələsinə, Elmar müəllimdə belə bir hissin olması şübhə doğurur. Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil. Bunun əvəzində, sosial şəbəkələrdə yayılan videogörüntülərdə E. Məmmədyarov öz övladları ilə erməni rəqsi oynayır. Oğluna əcnəbi adət-ənənəsinə uyğun olaraq xarici ölkədə toy çaldırır. Məlum olduğu kimi Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun toyu olub. Riyad Məmmədyarov Aleks Zapalla adlı xanımla ailə həyatı qurub. Cütlüyün toyu ABŞ-da Nyu-York şəhərində baş tutub. Toyda Elmar Məmmədyarovla yanaşı, ailə üzvləri, eləcə də cütlüyün yaxınları iştirak ediblər. Bu düşüncə tərzində olan adamlarda hənsısa vətənpərvərlik hissinin oyanacağını gözləmək sadəlövlük olardı. Onlar üçün eyş-işrət, dəbdəbəli həyat tərzi Vətən, dövlət, millət anlayışından qat-qat üstündür. İndiyə qədər şahidi olmamışıq ki, E. Məmmədyarov fəaliyyətdə olduğu müddətdə ölkənn xarici siyasətinin konsepsiyası və əsas istiqamətləri üzrə hansısa təkliflə çıxış edib. Ölkədə təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərsin, ölkənin suverenliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi, iqtisadi və digər maraqlarının diplomatik üsul və vasitələrlə təmin edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə edilməsi istiqamətində real addımlar atsın. Elə koronavirus pamdemiyası dövründə xarici ölkələrdə yaşayan soydaşlarımızın və təhsil alan tələbələrin ölkəyə gətirilməsi məsələsində XİN-in nümayiş etdirdiyi mövqe hər şeydən xəbər verir. Azərbaycan Respublikasının digər dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasi xəttin həyata keçirilməsini, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpuslarımızın fəaliyyətini koordinasiya edə bilməyən, pərən-pərən düşmüş diaspor təşkilatlarımızın fəaliyyətini nizamlamağı bacarmayan nazirlik deyəsən, korrupsiya və rüşvət məsələsində pərgardır. Məlumata görə, Azərbaycanın Türkiyədəki keçmiş səfiri, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. DTX-də aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Görünür təkcə xarici siyasət deyil, elə idraəetmə məsələsində də səriştəsiz olan Elmar müəllim hələ də rəhbərlik etdiyi qurumda baş verən cinayət əməllərinə reaksiya verməyib. Ancaq əlahəzrət fakt ondan ibarətdir ki, bütün hallarda əgər Elmar müəllim əməkdaşlarının cinayət əməllərindən məlumatsız olubsa, deməli yerində olmayan nazirdir. Yox, əgər məlumatı olub, göz yumubsa, könüllü ərizəsini yazaraq istefa mədəniyyətini nümayiş etdirməlidir.

Nurlan

 

Mənbə: olaylar.az