Baş infeksionist tənqid olundu: “İndi də maskaların lazım olduğunu deyirlər”

Baş infeksionist tənqid olundu: “İndi də maskaların lazım olduğunu deyirlər”

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası fonunda ölkənin Allergik və İnfeksion Xəstəliklərin Öyrənilməsi üzrə Milli İnstitutunun direktoru Entoni Fauçini tənqid edib.

Bu barədə “NBC News” məlumat yayıb.

“Həkim Fauçi yaxşı insandır, ancaq o səhv edib. Ekspertlər əvvəlcə maska taxmağın əhəmiyyətsiz olduğunu deyirdilər, indi isə zəruriliyini iddia edirlər. Çox səhvlər buraxılıb”, - deyə D.Tramp qeyd edib.

Mənbə: www.oxu.az