Dağıstanda rayon başçısı ev dustaqlığına yerləşdirildi

Dağıstanda rayon başçısı ev dustaqlığına yerləşdirildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıqda təqsirləndirilən Dağıstanın Kizlyar rayonunun başçısı Aleksandr Poqorelov məhkəmənin qərarı ilə ev dustaqlığına yerləşdirilib.

TASS agentliyi bu barədə Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, A.Poqorelov avqustun 2-dək ev dustaqlığında olacaq.

Mənbə: www.oxu.az