ALQ: Radikal küçə ən arzuolunmaz və təhlükəli ssenaridir, Ermənistanda isə hakimiyyətin addımları buna aparır

ALQ: Radikal küçə ən arzuolunmaz və təhlükəli ssenaridir, Ermənistanda isə hakimiyyətin addımları buna aparır

“Ermənistanda qarşıdakı inkişafların necə olacağı məsələsi bütün siyasi, ictimai dairələrin və həm də dövlət sisteminin bugünkü mövzusudur”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr qrupu” təşəbbüsünün üzvü Vahe Hovhannisyan qeyd edib.
O qeyd edib ki, bu, təbiidir, çünki dəyişikliklər zərurətinin nəfəsi hər yerdədir, lakin onun keyfiyyət və həcm xüsusiyyətləri yoxdur.
“Həqiqətə mümkün qədər yaxın cavavbları almaq üçün ilk növbədə məntiqi başa düşmək lazımdır. Radikal küçə ən arzuolunmaz və təhlükəli ssenaridir, bütün ölkələrdə bütün hakimiyyətlər bundan yayınmağa çalışır, Ermənistanda isə hakimiyyətin addımları buna aparır”, - deyə Hovhannisyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az