"Ənsarullah" BMT rəsmisini ittiham etdi

"Ənsarullah" BMT rəsmisini ittiham etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatı BMT-nin bu ölkə üzrə xüsusi nümayəndəsi Martin Qrifitsi tənqid edib.

Hərəkatdan verilən açıqlamada vurğulanır ki, Martin Qrifitsin əsas məqsədi Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələrini xilas edə bilməkdir.

"Bölgəyə sülh gəlməlidir. Lakin Martin Qrifits Yəmən xalqının maraqlarını gözardı edir. BMT rəsmisi bu addımlarını dayandırmalıdır", - deyə bəyanatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, BMT rəsmisi "Ənsarullah"ı proseslərdən uzaqlaşdırmaq üçün əlindən gələn hər şeyi edir.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org