Türkiyə ordusu daha 8 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu daha 8 terrorçunu zərərsizləşdirdi

İraqın şimalındakı Həftanin bölgəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən davam etdirilən "Pələng Pəncəsi" əməliyyatında daha 8 PKK terrorçusunu zərərsizləşdirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türiyənin Müdafiə Nazirliyi açıqlama verib. "Həftanin bölgəsində "Pələng Pəncəsi" əməliyyatı çərçivəsində davam etdirilən hava hücumları nəticəsində 8 PKK terrorçusu zərərsizləşdirilib. Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək",-deyə açıqlamada bildirilib.

Mənbə: qafqazinfo.az