“Aya Sofya” qərarına müsəlmanlardan dəstək

“Aya Sofya” qərarına müsəlmanlardan dəstək

“Aya Sofya”nın yenidən məscid olmasına dünyanın bəzi ölkələrindən dəstək gəlir.

Cebhe.info xəbər verir ki, “Aya Sofya” məscidinin yenidən ibadətə açılması bəzi ölkələrin narazılığına səbəb olsa da, bəziləri bu xəbəri dəstəkləyib. Malayziya, Qətər, Fələstində bu xəbər müsbət qarşılanıb.

Malayzia İslam Məsləhət Şurasının prezidenti Mohd Əzmi Əbdül Həmid narazılığı olan ölkələrə səslənib: "Qərb ölkələri bu məsələdən narahatdırsa, İsrailin məhv etdiyi məscid və kilsələrə də səslərini çıxarmalı idilər".

O, “Aya Sofya”nın məscid statusunda qalaraq tarixin bir hissəsi olmasının vacibliyini də vurğulayıb: "Malayziyadakı müsəlmanlar bu qərarı dəstəkləyir".

Malayziya Müsəlman Gənclərinin prezidenti Məhəmməd Faysal Əbdül Əziz Türkiyənin qərarını təbrik edərək bildirib: "Fateh Sultan Mehmed “Aya Sofya”nı şəxsi mülk olaraq almışdı. Bu gün, o, məscid kimi öz vəzifəsinə geri qaytarılıb".

O, Ərdoğanın bu qərarını sosial media hesabından da paylaşaraq dəstək olub.

Semra Ələkbərli
Cebhe.info

Mənbə: cebhe.info