Yəmən rəsmisi amerikalı nazirə cavab verdi

Yəmən rəsmisi amerikalı nazirə cavab verdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibi Mayk Pompeonun Yəmənin Hudeyda şəhəri limanı yaxınlığındakı "Səfər" adlı tankeri vuraraq, partlatmaq təhdidlərinə Yəmənin Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli əl-Husi cavab verib.

O, açıqlamasında bildirib ki, bu növbəti dəfə ABŞ-ın Yəmən xalqının düşməni olmasının sübutudur.

"Biz bu tanker ilə bağlı mövqeyimizi açıqlamışıq. Əgər radiasiya varsa, beynəlxalq nümayəndə heyəti göndərilə bilər. Araşdırmalardan sonra müəyyən addımlar atmaq olar. Lakin vurmaq və yaxud dağıtmaq təhdidləri bütün qanunlara ziddir", - deyə Məhəmməd Əli əl-Husi diqqətə çatdırıb.

Məhəmməd Əli əl-Husi açıqlamasında qeyd edib ki, Yəmən hökuməti beynəlxalq təşkilatların ölkənin istənilən yerində araşdırma aparmasına qarşı deyil.

Mənbə: AlMasirah

Mənbə: eastnews.org