Çoxdilli «Shafaqna» saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb

Çoxdilli «Shafaqna» saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb

...“Shafaqna” saytının Azərbaycan dili redaksiyasının ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir

İslam dünyasının proseslərini işıqlandıran çoxdilli “Shafaqna” saytı Azərbaycan dilində də fəaliyyətə başlayıb.

İnterAz xəbər verir ki, “Shafaqna” saytının Azərbaycan dili redaksiyasının ofisi Gürcüstanın paytaxtı Tiflisdə yerləşir.

Məlumata görə, jurnalist Ramin Bayramov Az.shafaqna.com -un yazı işləri müdiri, Emin Səmədov isə saytın Azərbyacan Televiziya və Video layihələr üzrə mütəxəssisi, video və sosial şəbəkə işləri üzrə məsul işçisi təyin olunub.

 

“Alulbayt Gürcüstan”ın rəhbəri, müctəhid Ayətullah Seyid Əli Sistaninin tam səlahiyyətli vəkili Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi Hacı Faiq yeni addımla bağlı bildirib ki, medianın yeni standartlara uyğun gözəl video layihələrlə aparıcı agentliklərin işlədiyi formatda, həmçinin istər Gürcüstan, istər Azərbaycan, istərsə də İslam Dünyası və Dünya xəbərləri ilə izləyicilərimizin diqqətini çəkəcəyini düşünürük.

O deyib:

"“Shafaqna” özünün yayım siyasətinə görə, böhtan, tərəfkeşlik, təhqir, sərt tənqid, ümumiyyətlə ölkələrin daxili, xarici siyasətlərinə mənfi imic formalaşdıran şərh yazmaq, bu istiqamətdə hədəfə almaq kimi xəbər və məlumatlar yayımlamır. Odur ki, izləyicilər Az.shafaqna.com portalında da bu yayım siyasətini görəcəklər."

İnterAz Az.shafaqna.com əməkdaşlarına uğurlar diləyir.

Mənbə: www.interaztv.com