366-cı alayın Xocalı qatili yenidən  Azərbaycan torpağında sərbəst gəzir….-FOTOLAR

366-cı alayın Xocalı qatili yenidən  Azərbaycan torpağında sərbəst gəzir….-FOTOLAR

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq növbəti dəfə işğal altındakı Qarabağa gəlib.

Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, S.Ohanyan Qarabağdakı separatçı-terrorçu rejimin yeni başçısı Araik Arutyunyanla görüşüb. Tərəflər Qqondarma rejimin müdafiə məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, Seyran Ohanyan 1991-1993-cü illərdə Rusiyanın Xankəndində olan 366-cı alayının batalyon komandiri kimi alayın texnikasının və canlı qüvvəsinin xeyli hissəsini ələ keçirərək(əslində Rusiya komandanlığı tərəfindən ona verilərək) Xocalının və digər bölgələrimizin işğalında, xüsusən Xocalıda dinc azərbaycanlı uşaq, qadın, qız-gəlinlərin amansız qətliamında fəal iştirak edib. Bu səbəbdən barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunsa da, sonradan Ermənistanın müdafiə naziri vəzifəsinədək(2008-2016) yüksələn S.Ohanyan hazırda da Azərbaycan torpaqlarında sərbəst gəzməkdədir...

2020-ci ilin martından isə işğalçı ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyan 2 milyon dollar dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. O, 2010-cu ildə Ermənistan "Dzora Su Elektrik Stansiyası" QSC özəlləşdirilərkən 3.6 milyard dram dövlət vəsaitini mənimsəyib. Ermənistanın Xüsusi İstintaq Xidməti Ohanyana qarşı ittiham irəli sürüb və ondan ölkəni tərk etməmək barədə iltizam alınıb. Amma Azərbaycanın işğal altındakı torpaqlarına gəlmək Ermənistanı tərk etmək hesab olunmur…

Sultan Laçın

 

 

Mənbə: moderator.az