YAP-dan bir İLK – Onlayn yay düşərgəsi keçirəcək

YAP-dan bir İLK – Onlayn yay düşərgəsi keçirəcək

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ilk dəfə olaraq onlayn yay düşərgəsi keçirəcək.

Cebhe.info xəbər verir ki, bu haqda YAP-çı deputat Naqif Həmzəyev məlumat yayıb.

“Yeni Azərbaycan Partiyasının üzvləri olan gənclərin pandemiya dövründə birlik və həmrəyliyinin möhkəmləndirilməsini, əlaqələrinin inkişafını və genişləndirilməsini, siyasi dünyagörüşlərinin formalaşdırılmasını və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək məqsədilə ilk dəfə olaraq 14-31 iyul 2020-ci il tarixlərində onlayn yay düşərgəsi keçiriləcək”, - deyə deputat bildirib.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info