Tramp səhvlərə görə baş infeksionisti ittiham edir

Tramp səhvlərə görə baş infeksionisti ittiham edir

ABŞ Prezidenti Donald Tramp Allergiya və Yoluxucu Xəstəliklərin Tədqiqi Milli İnstitutunun direktoru Entoni Fauçini yeni koronavirus pandemiyasına görə açıq şəkildə tənqid edib.

“Doktor Fauçi yaxşı insandır, lakin çox səhvlərə yol verib”.

Cebhe.info xəbər verir ki, Ağ Evin rəhbəri belə deyib.

Trampın sözlərinə görə, əvvəlcə mütəxəssislər tibbi maska taxmamağı məsləhət gördülər, amma indi maskalara ehtiyac duyulduğunu söyləyirlər.

“Çox səhvlər buraxıldı”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon nəfər təşkil edir. Onların 134 mini ölümlə nəticələnib.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info