Erməni generalın səhhəti artıq müsbət ola bilməz

Erməni generalın səhhəti artıq müsbət ola bilməz

“Manvel Qriqoryanın səhhəti artıq müsbət ola bilməz, xəstəlikləri pisləşir və artır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Yerkrapah” hərbi təşkilatının keçmiş sədri, general-leytenant Manvel Qriqoryanın vəkili Levon Bağdasaryan deyib.

O qeyd edib ki, Ermənistanda Qriqoryanın xəstəliklərinin müalicəsini təmin etmək mümkünsüzdür.

“Hazırda Manvel Qriqoryanı vaxtilə əməliyyat oldunuğu Fransaya köçürməklə bağlı Səhiyyə Nazirliyi ilə hüquqi proseslər gedir”, - deyə Qriqoryanın vəkili bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az