“Hərbi and” qəzeti nəşrini davam etdirir” – Baş redaktor

“Hərbi and” qəzeti nəşrini davam etdirir” – Baş redaktor

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2020-ci ilin ikinci yarımilliyi üçün qəzetlərə ayırdığı maliyyə yardımından kənardan qalan qəzetlərdən biri də “Hərbi and”dır. Bu sıradan olan bəzi qəzetlər nəşrini dayandırsa da, “Hərbi and” qəzeti isə nəşrini davam etdirir.

Bu barədə Turkustan.info-ya açıqlamasında “Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli bildirib.

Baş redaktorun sözlərinə görə qəzet 2000 tirajla dərc olunur və daha çox abunə yolu ilə oxuculara çatdırılır: “Qəzetimizin abunəçiləri daha çox müxtəlif təyinatlı hərbi hissələrdəki əsgər və zabitlərimizdir. Qəzetdə hərbi və milli vətənpərvərliik mövzusunda yazılar, Azərbaycan dövlətinin ordu quruculuğu sahəsində gördüyü işlərin işıqlandırılması kimi mövzular üstünlük təşkil edir. Biz fəaliyyətimizi əvvəlki qaydada davam etdiririk. Ümid edirik ki, dövlətimiz və cəmiyyətimiz üçün mühüm olan milli və hərbi vətənpərvərliyin təbliği yönündə maarifləndirici missiyanı həyata keçirən “Hərbi and” qəzetinin fəaliyyəti nəzərə alınacaq”.

Mənbə: turkustan.info