Salyan şəhərindən Prezidentə kollektiv müraciət...

Salyan şəhərindən Prezidentə kollektiv müraciət...

Salyan şəhərindən Qədirov İlqar Eldar oğlu, Hacıyeva Püstə Eldar qızı, Əsgərova Sürəyya Hüseynağa qızı, Axundov Taleh Yuriq oğlu, Almasova Lamiyə Yəhya qızı və başqaları Prezident İlham Əliyevə müraciət edib. “...Respublikamızda təhsil, səhiyyə və mədəniyyət sahələrinə xüsusi diqqət göstərməyiniz göz önündədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidmətlərini qeyd etməyə bilmərik. Məhz Sizlərin diqqət və qayğısı sayəsində respublikamızın müxtəlif yerlərində körpələr evi-uşaq bağçaları əsaslı təmir edilir, yenidən qurulur, müasir avadanlıqlarla təchiz edilir.

Salyan rayonunda da geniş quruculuq, abadlıq, təmir işləri göz önündədir. Salyan şəhər N.Babayev küçəsində yerləşən 9 saylı Uşaq Bağçası öz istismar müddətini başa vurduğu üçün onun yerində müasir standartlara cavab verən 60 yerlik uşaq bağçasının tikilməsi bizi çox sevindirir. Fidan balalarmız üçün belə bir müasir uşaq bağçasının tikilməsinə görə sakinlər adından Sizə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”-deyə məktub müəllifləri qeyd edirlər.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com