Deputatın qaldırdığı məsələ həll olundu

Deputatın qaldırdığı məsələ həll olundu

Deputatın Biləsuvar rayonunun bir sıra kəndləri ilə bağlı qaldırdığı problem həllini tapıb.

Cebhe.info xəbər verir ki, bu haqda deputat Bəhruz Məhərrəmov özü məlumat verib.

“Azərpoçt” MMC-nin baş direktoru cənab Emin Əfəndiyev ilə iyunun 17-də baş tutmuş müzakirələrimizin nəticəsi olaraq illərdir gözləyən bir məsələ həllini tapmış, Aranlı və Yuxarı Cürəli kəndlərində poçt şöbələri kompüterlə təhciz olunmuşdur. Müzakirə zamanı qaldırdığımız digər məsələlərin də tədricən həllinə inanırıq. Məsələ həssas yanaşdığı üçün “Azərpoçt” rəhbərliyinə təşəkkür edirəm”, - deyə B.Məhərrəmov bildirib.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info