Türkiyə aviasiyası İraqda 8 PKK terrorçusunu məhv etdi

Türkiyə aviasiyası İraqda 8 PKK terrorçusunu məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Haftanin bölgəsində PKK düşərgələrinə növbəti dəfə ağır zərbə endiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, “Pəncə-Qaplan” antiterror əməliyyatları çərçivəsində bu dəfə bölgədə 8 PKK terrorçusu məhv edilib. Terrorçuların yerləri pilotsuz uçuş aparatları ilə müəyyən olunub.

Ölkə daxilində keçirilən antiterror əməliyyatları çərçivəsində isə Muş vilayətinin Varto rayonunda PKK-ya məxsus 3 cəbbəxana aşkarlanıb. Çoxlu silah və sursatın ələ keçirildiyi bildirilir.

Mənbə: virtualaz.org