Türkiyə parlamenti vəkillərlə bağlı mübahisəli qanun qəbul edib

Türkiyə parlamenti vəkillərlə bağlı mübahisəli qanun qəbul edib

Türkiyə parlamenti vəkillər assosiasiyası sistemini dəyişən mübahisəli qanun layihəsini təsdiq edib. Bu barədə şənbə günü Anadolu xəbər agentliyi məlumat verib. Tənqidçilər bu addımın vəkillərin müstəqilliyinə hədə olduğunu deyir.

Hakim Ədalət və İnkişaf Partiyasının və millətçi MHP partiyasının dəstəklədiyi qanun hüquq müdafiəçilərinə öz ittifaqlarını qurmağa imkan verir və hər hansı ittifaqın yaranması üçün onun azı 2000 üzvü olmasını tələb edir.

AKP bu dəyişikliklər nəticəsində hüquq sahəsində rəqabətə yol açacağını desə də, vəkillər qanun layihəsinin höküməti tənqid edən bəzi ittifaqların nəzarət gücünü kəskin şəkildə zəiflədəcəyindən narahatdır.

Türkiyənin ana müxalifət partyası Türkiyənin yüksək Konstitusiya Məhkəməsinə appelyasiya şikayəti ilə müraciət edəcəyini bildirib.

Ötən həftə vəkillər etiraz olaraq paytaxt Ankaraya yürüş etmişdilər, lakin polis onların şəhərə daxil olmalarının qarşısını almışdı.

Human Rights Watch və Beynəlxalq Hüquqşünaslar Komissiyası çərşənbə günü yaydıqlar bəyanatda bildirib ki, belə görünür hökümətin ölkədə bir neçə vəkillər assosiasiyasının fəaliyyətinə icazə verməsinin məqsədi bu peşə daxilində siyasi bölgülər yaratmaq və ən böyük vəkillər assosiasiyasının nəzarətçi rolunu azaltmaqdır.

Türkiyənin tanınmış vəkillər assosiasiyaları Türkiyədə haqlarını pozulduğu yeni normaya çevrildiyi bir vaxt ədalətli məhkəmə hüququnu qorumaqda və insan haqlarını nəzərdən keçirməkdə mühüm rol oynayır”, Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Villiamson bildirib.

Mənbə: www.amerikaninsesi.org