Ekspert: “Yeni kolleclərin yaradılması mütərəqqi addımdır”

Ekspert: “Yeni kolleclərin yaradılması mütərəqqi addımdır”

Məlum olduğu kimi, Baş nazir Əli Əsədov Azərbaycanda publik hüquqi şəxs statuslu yeni kolleclərin yaradılması haqda qərar imzalayıb.

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bunu vacib və mütərəqqi islahat hesab edir:

“Dövlət büdcəsindən maliyyələşmələr maksimum dərəcədə azaldılmalıdır. Əgər həqiqətən də bu müəssisələr işləyə bilirsə, buyurub bazara məhsul çıxarıb özlərini saxlasınlar.

Amma qərarın ikinci hissəsi ilə razı deyiləm. Belə ki, bir sıra kolleclər universitetlərin nəzdində yenidən formalaşdırılır. Bu təcrübədən 3-4 ildir ki, istifadə olunur. Amma hər hansı bir fərqliliyi müşahidə etməmişik. Nə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində, nə də digər fəaliyyət istiqamətlərində. Uyğunsuz hesab etdiyim isə Bakı Humanitar Kollecinini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilməsidir.

Humanitar kollecdə 5 ixtisas musiqi sahəsinə aid idi. (Müsiqi müəllimliyi, Müsiqi nəzəriyyəsi, Xanəndəlik, Xalq çalğı alətləri, İnstrumental ifaçılıq). Amma digər 11 ixtisas qabiliyyət tələb etməyən digər profilli ixtisaslar idi”.

Ekspert hesab edir ki, mədəniyyət müəssisəsinin daxildə Humanitar Kollecin olması onun beynəlxalq indeksinə uyğun deyil:

“Düzdür, bizdə buna baxan yoxdur, balın hara çatırsa, çöldə qalmamaq üçün abituriyentlər seçim edirlər. Amma sonradan xarici ölkələrdə təhsillərini davam etdirəndə bu müəyyən problemlər yaradır. Baş nazirin qərarı ilə bir çox kollecin də adı dəyişib ki, bunu da cari ildə seçim edəcək şəxslər diqqətə almalıdırlar”.

Xatirə
Cebhe.info

Mənbə: cebhe.info