Partiya rəsmisi deputatlara səsləndi: “Razi Nurullayevin nümunəsindən istifadə edin”

Partiya rəsmisi deputatlara səsləndi: “Razi Nurullayevin nümunəsindən istifadə edin”

“Milli Məclis üzvlərinin aktivliyi, xalqın sözünün, problemlərinin aidiyyatı qurumlara çatdırılması və həllinə nail olmaq uzun illərdir əhalinin ən ümdə arzusudur. Parlamentin indiki tərkibində yer alan deputatların əksəriyyətinin məhz xalqın bu arzusuna cavab verməyə çalışması müsbət hallardan biridir”.

Bu sözləri Cebhe.info-ya AXCP sədrinin müavini Tural İrfan deyib.

O, ölkədə aparılan islahatlar fonunda millət vəkillərinin də aktivliyinin açıq nəzərə çarpdığını deyib:

“Parlamentin yeni tərkibinin fəaliyyətə başlaması məlum pandemiya ilə eyni vaxta təsadüf etdi. Buna baxmayaraq, deputatlar bu durumda xalqın sosial, tibbi və digər problemlərini parlamentdə səsləndirir, çıxış yolları təklif edirlər. Xüsusi olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Parlamentin İnsan Hüquqları komitəsinin üzvü, Azərbaycan-Finlandiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Razi Nurullayevin aktiv, səmərəli fəaliyyətini qeyd etməmək haqsızlıq olardı.

Razi Nurullayev ilk gündən ölkədəki problemlərin həlli yolları haqda kifayət qədər real təkliflər irəli sürüb, əhalini narahat edən məqamları dilə gətirib. Təmsil etdiyi İmişli rayonu da daxil olmaqla ölkənin müxtəlif bölgələrindəki həllini tapmalı olan məsələlərdən bəhs edərək, çıxış yolları, layihələr, təkliflər paketi təqdim edib.

Bir sözlə, əsl deputat imici formalaşdıran, xalqın arzuladığı millət vəkili olmağı bacaran Razi Nurullayev hər zaman öz operativliyi ilə açıq-aşkar seçilir. Baş verən narahatlıqlar, çatışmayan cəhətlər, əhalinin tələbləri və istəklərini heç zaman qulaqardına vurmayan, dərhal əlindən gələn münasibəti göstərən deputat qısa zamanda rəğbət qazanıb. Razi Nurullayevin timsalında digər deputatları da misal gətirə bilərik”.

Partiya funksioneri əlavə edib ki, Razi Nurullayev kimi fəal deputatın timsalında digər millət vəkilləri də əhalinin dərdinə şərik ollalı, mövcud problemlərə operativ reaksiya verməlidrlər:

“Belə olan təqdirdə xalqın dövlətə olan inamını yüksəlir və etibarı möhkəmlənir. Hər hansı bir problemdən dolayı edilən müraciətlərə ən azından cavab vermək, vətəndaşı, seçicini dinləmək, görüşmək, imkanları daxilində kömək etmək, əsaslı və daha əhatəli məsələləri parlamentin iclaslarında qaldırmaq deputatın vəzifələrindəndir.

Məhz Razi Nurullayevin timsalında biz bu kimi həqiqətlərin şahidi oluruq və bu həqiqətən də qürurvericidir. Çünki hər bir məsələyə öz zamanında, problem böyüməmiş müdaxilə etmək məsələnin yarı faizinin həlli deməkdir. Razi Nurullayevi deputat kimi cəmiyyətə sevdirən məhz onun məsələyə anında, operativ münasibət bildirməklə yanaşı, həllinə dəstək verməsidir. Çox istərdim ki, bir qədər passiv və əhalidən uzaq düşən bəzi deputatlarımız da Razi Nurullayevin nümunəsindən istifadə etsinlər”.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info