Simonyan: Mən erməniyəm, amma...

Simonyan: Mən erməniyəm, amma...

Mənim valideynlərim, nənələrim və babalarım Rusiyada anadan olub və bütün həyatları boyunca burada yaşayıblar. Beləliklə, mənim vətənim Rusiyadır və başqa heç bir yer ola bilməz.

Axar.az xəbər verir ki, bunu Kremlin təbliğat aparatlarının koordinatoru, RT-nin, “Rossiya seqadnya” və “Sputnik”in rəhbəri Marqarita Simonyan deyib.

O, Ermənistanın onun üçün sadəcə gözəl ölkə olduğunu bildirib.

Simonyan, həmçinin atalarının tarixi vətəninin Şərqi Aralıq dənizi sahilləri olduğunu deyib:

“Müasir Ermənistanın ərazisinə mənim əcdadlarımdan heç kimin ayağı dəyməyib. Bununla belə mən safqanlı erməniyəm. Bizim ailədə xaş da hazırlayırlar, ermənicə də mahnı oxuyurlar”.

Bununla belə o, ermənicə danışmadığını və anlamadığını, amma övladlarına ermənicəni öyrətdiyini söyləyib.

Mənbə: axar.az