Döyülən erməni zabitin qardaşı: “Bu təyinatla ilk növbədə orduya, ailəmizə məhəl qoymurlar”

Döyülən erməni zabitin qardaşı: “Bu təyinatla ilk növbədə orduya, ailəmizə məhəl qoymurlar”

“Trdat Sarkisyanı “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin qərarı ilə partiyanın işçi heyətinin rəhbəri təyin etmək bu partiyanın keyfiyyətindən xəbər verir, bu təyinatla ilk növbədə orduya, ailəmizə məhəl qoymurlar, demək istəyirlər ki, Trdat onların yüksək himayəsi alıtındadır”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Yeğeqnadzor şəhərində amansız şəkildə döyüldüyünə görə komada olan erməni polkovnik-leytenant Ara Mxitaryanın qardaşı Karen Mxitaryan deyib.

Karen Mxitaryan qeyd edib ki, Trdat Sarkisyan qardaşının döyülməsində iştirak edib, qardaşı komadadır, Trdatı isə təmizləyirlər.

“Mən şəxsən orada olmamışam, lakin iki polkovnik-leytenant, bir leytenant, bir qadın şahid iddia etməyə davam edir ki, Trdat Sarkisyan orada olub. Trdat Sarkisyanı “Vətəndaş müqaviləsi” partiyasının işçi heyətinin rəhbəri təyin etmək “Vətəndaş müqaviləsi” partiyasında orduya, ailəmizə, ifadə vermiş hərbçilərə məhəl qoymamalarından xəbər verir”, - deyə o bildirib.

 

Mənbə: ordu.az